20 C
Baku
Şənbə, May 28, 2022

İran Xəzərin ekologiyasına təhlükə yaradan zavodun tikintisini dayandırıb

İran ölkənin şimalında Mazandaran əyalətinin Behşəhr əyalətindəki Miyankale yarımadasında tikməkdə olduğu neft-kimya zavodunun tikintisini dayandırıb.

Buna səbəb həmin neft-kimya zavodunun tikintisinin ekologiyaya vurduğu ziyan olub.

İranın Ətraf Mühit Təşkilatının sədr müavini Məsud Əlixani Mazandaran əyalətinin Əmirabad neft-kimya şirkətinə məktub yazaraq Miyankale neft-kimya layihəsinin dayandırılmasını tələb edib.

Məktubda bu zavodun layihəsinin icrası üçün əlavə təhqiqat aparılması və ölkənin Ətraf Mühit Təşkilatının həmin araşdırmaları təsdiqləməsi şərt kimi irəli sürülüb.

Qeyd edək ki, İranın neft naziri Cavad Oci də açıqlama verərək Miyankale neft-kimya zavodunun tikintisinin dayandırıldığını təsdiqləyib və bu layihə ilə bağlı ölkənin Ətraf Mühit Təşkilatının verəcəyi qərara tabe olacaqlarını bildirib.

Xatırladaq ki, Miyankale qoruğunun yaxınlığında tikiləcəyi planlaşdırılan neft-kimya zavodunun ətraf mühitə, Xəzər dənizinə və qoruqdakı quşlar üçün təhlükə yaradacağı ehtimalı etirazlara səbəb olmuşdu.

MənbəApa
Son xəbərlər
Oxşar xəbərlər