4 C
Baku
Tuesday, March 4, 2025

İran Xəzəryanı ölkələr arasında birgə azad ticarət zonalarının yaradılmasını təklif edib

İran Xəzəryanı öləlkər arasında birgə azad ticarət zonalarının yaradılmasını təklif edir.

Bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Arif bu gün Tehranda keçirilən Xəzəryanı Ölkələrin baş nazirlərinin 3-cü İqtisadi Forumunda deyib.

Onun sözlərinə görə, bütün tərəflər belə zonaların yaradılması istiqamətində müzakirə apararaq yekun nəticəyə gələ bilərlər.

“İnanırıq ki, Xəzəryanı ölkələr arasında əməkdaşlıq və beş dövlətin qərarı ilə birgə azad ticarət zonalarının yaradılmasına imkan yaranacaq. İran tərəfi Xəzəryanı ölkələrdə azad ticarət zonalarının yaradılması istiqamətində rəsmi şəkildə sahilyanı ölkələrə əməkdaşlıq anlaşmasının ilkin mətnini göndərib”, – deyə o qeyd edib.

İranlı rəsmi əlavə edib ki, İran, həmçinin, Xəzəryanı ölkələrin iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində sahilyanı bölgələrinin əhəmiyyətini nəzərə alaraq, “Xəzəryanı ölkələrin Sahilyanı Əyalətlər Birliyi” yaradılmasını təklif edir. İran 2025-ci ildə bu birliyin ilk iclasını sahilyanı vilayətlərdən birində təşkil etməyə hazır olduğunu elan edib.

Qeyd edək ki, İranın paytaxtı Tehranda Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) iki günlük İqtisadi Forumu 17 fevralda işə başlayıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər