27 C
Baku
Saturday, July 27, 2024

İran xarici işlər nazirinin vəzifəsini onun müavini icra edəcək

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəzifəsini onun müavini Əli Baqeri Kəni icra edəcək.

Bunu İran hökumətinin sözçüsü Əli Bəhadori Cəhromi deyib.

Onun sözlərinə görə, bununla əlaqədar bu gün (20 may) Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. Qərara əsasən Əli Baqeri Kəni hökumətin xarici məsələlər üzrə əlaqələr komitəsinin məsul şəxsi təyin olunub.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Son xəbərlər
Digər xəbərlər