İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.
“Mehr” agentliyi xəbər verir ki, bununla bağlı İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səid Xətibzadə məlumat verib.
O bildirib ki, Bakıdan sonra Zərif İrəvana yola düşəcək.
Xətibzadənin sözlərinə görə, İran XİN rəhbəri Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatı müzakirə edəcək.