15 C
Baku
Saturday, May 18, 2024

İran XİN Avropa İttifaqına qarşı yeni sanksiya tətbiq edib

İran Xarici İşlər Nazirliyi Avropa İttifaqı ərazisində fəaliyyət göstərən və yaşayan bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Bu barədə İran XİN yayımladığı bəyanatda bildirir.

Məlumata görə, sanksiya siyahısına daxil edilənlər arasında “Radio Fərda” və “Radio Zamane” yer alıb.

Bəyanatda həmçinin, Fransanın “Charlie Hebdo” jurnalına, iki alman şirkətinə, Fransanın keçmiş xarici işlər naziri Bernard Kuşner və Almaniya rəsmilərinin də daxil olduğu 10 nəfərə sanksiya tətbiq edildiyi açıqlanıb.

Bəyanatda qeyd edilib ki, bu şəxslər və qurumlar “terrorçuluğu və terror qruplaşmalarını dəstəkləmək, terrorizmi və zorakılığı təşviq etmək və təhrik etmək, İran xalqına qarşı iğtişaşlara, zorakılığa, terror aktlarına və insan haqlarının pozulmasına səbəb olan nifrətin yayılmasında” roluna görə sanksiyaya məruz qalıblar.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər