Biz Avropa tərəfini rasionallığa dəvət edirik.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, xarici işlər naziri Avropa ölkələrindən olan həmkarları ilə görüşlərdə və telefon danışıqlarında İranın mövqeyini açıq şəkildə bəyan edib. “Biz Avropa tərəfini rasionallığa dəvət edirik. Özlərinin verdikləri sözlərə əməl etsinlər. Anlasınlar ki, İranla danışırlar. İran həm güclüdür və həmdə öz məsuliyyətini qəbul edir. İran bölgənin sabitliyində əsas rol oynayan ölkələrdəndir.”
N.Kənani qeyd edib ki, Avropa ölkələrini əsassız və müdaxiləçi davranışlardan çəkinməyə çağırırıq: “Bütün danışıqlarda bildirmişik ki, əgər qarşı tərəf məntiq və ədalətli davranış sərgiləyərsə biz də elə davranacağıq. Lakin onlar müdaxiləçi və əsassız bəhanələrlə İrana təzyiq göstərmək istəsələr, biz də buna davranışlarına uyğun qarşılıq verəcəyik. Bu Avropa ölkələrinin hər birinə aiddir”.