13 C
Baku
Wednesday, May 8, 2024

İran XİN: “Azərbaycan və Ermənistan sərhədlərində hər hansı dəyişiklik İran üçün qəbuledilməzdir”

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Azərbaycan və Ermənistan arasında gərginliyin və sərhəd münaqişələrinin artmasından narahatlığını ifadə edərək, iki ölkəni sakitləşməyə və mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa əsaslanaraq həll etməyə çağırıb.

Banker.az bu barədə “Mehr” xəbər agentliyinə istinadən xəbər verir.

Kenani bir daha vurğulayıb ki, Azərbaycan və Ermənistan sərhədlərində hər hansı dəyişiklik İran üçün qəbuledilməzdir.

İranın bu məsələ ilə bağlı prosesləri yaxından izlədiyini vurğulayan Kənani Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət edilməli olduğunu bildirib və İranın iki qonşu ölkə arasındakı mübahisələrin həllinə kömək etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun dünən axşam saatlarında yenidən təxribat törətdiyini açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər