13 C
Baku
Sunday, November 24, 2024

İran XİN başçısı 7 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan avqustun 17-də 7 illik fasilədən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, H.Əmir Abdullahian İranın geniştərkibli nümayəndə heyətinə başçılıq edir. Onun səudiyyəli həmkarı şahzadə Faysal bin Fərhan əl Səud və krallığın bəzi başqa nüfuzlu nümayəndələri ilə görüşü planlaşdırılır. Görüşlərdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında münasibətlər 2016-cı ildə monarxiyanı tənqid edən nüfuzlu ilahiyyatçı Nimr əl-Nimrin Ər-Riyadda edamından sonra kəskin şəkildə pisləşib.

Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum edib, buna cavab olaraq Ər-Riyad İranla diplomatik əlaqələri kəsib.

2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Bundan başqa, krallığın Tehrandakı səfirliyi və Məşhəddəki Baş Konsulluğu da fəaliyyətini bərpa edib.

İranın Ər-Riyaddakı səfiri Əlirza Enayəti Abdullahianın səfəri zamanı rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər