ABŞ Əfqanıstanın pul ehtiyatlarına qoyduğu həbsi aradan qaldırmalıdır.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan “Taliban”ın xarici işlər naziri Əmirxan Muttaki ilə görüşündə deyib.
ABŞ-ın Əfqanıstana humanitar yardımlar etməsi və Əfqanıstan xalqının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməsinin zərurətindən danışan nazir bildirib ki, ABŞ Əfqanıstanın pul ehtiyatlarına qoyduğu həbsi aradan qaldırmalıdır.