İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.
Telefon danışığı zamanı onlar sanksiyaların ləğvi üzrə danışıqlar və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran İslam Respublikası arasında əməkdaşlıq barədə müzakirə edib.