İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Yerevanda səfərdədir.
“Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Bildirilib ki, onun yanvarın 27-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşü nəzərdə tutulub.
M.Zərif səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən qəbul ediləcək.
Xatırladaq ki, İran XİN başçısı yanvarın 25-də Azərbaycanda, yanvarın 26-da Rusiyada səfərdə olub.