13 C
Baku
Friday, November 22, 2024

İran XİN: İsrail hücuma cəhd edərsə, dərhal cavab verəcəyik

İsrail İran İslam Respublikasına hücum etməyə cəhd edərsə, İran saniyələr ərzində cavab verəcək və bu cavab əvvəlkindən daha güclü olacaq.

Bu barədə IRNA İran xarici işlər nazirinin müavini Əli Baqeri Kaninin bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrail növbəti dəfə səhvə yol verərsə, Tehranın cavabı güclü və ani olacaq.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran İsraildəki hədəflərə pilotsuz uçuş aparatları və raketlərlə hücum edib, hücum dalğası təxminən beş saat davam edib. Daha sonra “The New York Times” qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “yer-yer” tipli raketi atdığını bildirib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər