Əgər Britaniya hökuməti təhlükəsizliyi təmin edə bilmirsə, bizə bildirsin.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında Londonda İran səfirliyinə hücuma münasibət bildirərkən deyib.
Nasir Kənani Avropa ölkələrinin öz vətəndaşlarını İrana səfər etmək barədə xəbərdar etməsinə də münasibət bildirib və bunun İrandakı reallıqlara uyğun gəlmədiyini deyib: “İran turizm, iş və ya tibbi məqsədlərlə səyahət edən bütün xarici vətəndaşlar üçün təhlükəsiz ölkədir və heç bir problem yoxdur”.
Nasir Kənani, bəzi xarici vətəndaşların həbsi hallarının olduğunu desə də, bunun ölkəyə səfər edənlərin ümumi sayı ilə müqayisə olunmaz səviyyədə az olduğunu vurğulayıb.
“Bu həbslərin səbəbləri və sənədləri ikitərəfli və diplomatik kanallarla digər tərəflərə ötürülüb”, – o əlavə edib.