5 C
Baku
Saturday, December 14, 2024

İran XİN rəhbəri: “ABŞ yumşalma göstərməsə, bizim də “B planı”mız mövcuddur”

“Heç kim ölkənin qırmızı xəttini və siyasi müstəqilliyini tapdalamır”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, onlar heç bir şəkildə xarici siyasətlərini Şərqə, Qərbə, Rusiyaya, Çinə, İngiltərə, Fransa və Amerikaya bağlamayıblar: “Biz dünyanın harasında olursa-olsun, xarici siyasəti İranın milli maraqlarına bağlamışıq və belə də davam edəcəyik”.

H.Əmirabdullahian Vyana danışıqları barədə danışaraq deyib ki, indi razılaşmanın sonunun başlanğıcındadırlar, lakin sazişin sona çatması üçün bu başlanğıcın nə qədər davam edəcəyi Amerika tərəfindən asılıdır. Vyanadakı son danışıqlarda irəliləyişin olduğunu bildirən H.Əmirabdullahiyan qeyd edib ki, hələ qarşı tərəfə yazılı şəkildə yekun qərarı təqdim etməyiblər: “Yekun kompleks qərarımız bu gecə saat 12-yə qədər yazılı şəkildə Avropa koordinatoruna təqdim olunacaq. Amerikanın cavabı çevik olarsa, razılaşma nöqtəsindəyik, əks halda daha çox danışmalıyıq. Biz Amerika tərəfi ilə üç məsələ ilə bağlı mesajlar mübadiləsi aparırıq. Biz açıq şəkildə dedik ki, amerikalılar bu üç məsələ ilə bağlı bizə öz rəylərini bildirsələr, biz razılaşmanı elan etməyə və Vyanada yekun görüş keçirməyə hazırıq.

Amerika tərəfi çeviklik nümayiş etdirməlidir, çünki biz çeviklik göstərə biləcəyimiz bütün məsələlərdə aktivlik nümayiş etdirmişik və indi növbə onlarındır”.

İran XİN rəhbəri vurğulayıb ki, bu yaxınlarda Vyanada aparılan danışıqlarda ABŞ tərəfi şifahi olaraq iki məsələdə mövqeyində nisbi yumşalma nümayiş etdirib: “Bunlar nəzərə alınmalı, təminatlarla bağlı da lazımi yumşalma göstərilməlidir, əgər göstərilməzsə, bizim də B planımız mövcuddur”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər