13 C
Baku
Saturday, November 23, 2024

İran XİN sözçücü Azərbaycanla münasibətlərin soyuq olması iddialarını təkzib edib

“İran və Azərbaycan iki qonşu ölkədir. Uzun, müştərək sərhədlərə malikdir, müştərək maraqlardan ortaya gələn siyasi əməkdaşlıqları mövcuddur”.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

“Düşünürük ki, iki ölkə arasında mövcud olan bəzi anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfi bu haqda müsbət addımlar atıb və İranda öncədən olduğu kimi bu çərçivədə addımlayır”, – o deyib.

N.Kənani İran və Azərbaycan arasında münasibətlərin soyuq olmasına dair iddiaları təkzib edərək bildirib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlər normaldır.

O, İran Azərbaycan və Türkiyə ilə İran parlament spikeri Məhəmməd Baqir Qalibafın üçtərəfli görüşü ilə bağlı bildirib ki, beynəlxalq iclaslarda bir neçə tərəfli görüşlərin keçirilməsi təbidir və bu iclasda da belə bir görüşün keçirilməsi üçün əlverişli şərait var.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər