İran Prezidenti İbrahim Rəisi ölkənin müdafiə sənayesinin ən son nailiyyətləri sərgisində “Mohajer-10” pilotsuz uçuş aparatını təqdim edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. PUA 2000 km məsafə ilə 7 km hündürlükdə davamlı olaraq uçmaq qabiliyyətinə malikdir.
“Mohajer-10″un maksimal yanacaq ehtiyatı 450 litr, maksimum yük çəkisi 300 kq, sürəti isə 210 km/saatdır. PUA elektron müharibə, kəşfiyyat sistemləri ilə təchiz olunub və müxtəlif növ sursatları, o cümlədən “Ghaem” və “Almas” bombalarını daşıya bilir.
Ukrayna və Qərb rəsmiləri İranın “Mohajer-6” da daxil olmaqla Rusiyaya pilotsuz təyyarələr satdığına inanırlar. Moskva bu məlumatı təkzib edir. İran Xarici İşlər Nazirliyi Ukraynada hərbi əməliyyatların başlamasından bir neçə ay əvvəl Rusiyaya pilotsuz təyyarələrin çatdırılmasını etiraf edib.