15 C
Baku
Tuesday, October 15, 2024

İrana dəmiryolları üzərindən daxil olan yüklərdə Azərbaycan ikincidir

Cari İran ilinin 5 ayı (20 mart -21 avqust 2024) ərzində İran dəmiryolları üzərindən tranzit ötən ilin analoji dövrü ilə (21 mart -22 avqust 2023) müqayisədə 47% artıb.

Bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin hesabatında məlumat verilib.

Beş ay ərzində İran dəmiryolları üzərindən 773 min ton yük tranzit olunub. Halbuki ötən ilin analoji dövründə tranzit 526 min ton təşkil edib.

Beş ayda İran dəmiryolları üzərindən tranzit olunan yüklərin 637 min tonu qeyri-neft, 136 min tonu isə neft məhsulları olub.

Tranzit məqsədilə dəmiryolları vasitəsi ilə ölkəyə ən çox yüklər Sərəxs sərhədi (Türkmənistanla sərhəd) və Astara sərhədi (Azərbaycanla sərhəd) vasitəsi ilə ölkəyə daxil olub. Belə ki, Sərəxs sərhədi vasitəsi ilə 536 min ton, Astara sərhədi vasitəsi ilə 129 min ton məhsul tranzit məqsədilə ölkəyə daxil olub.

Hesabatdan aydın olunur ki, İranın şimal-şərq və şimal-qərb sərhədləri beynəlxalq dəmiryol ticarətində böyük əhəmiyyət kəsb edir və İranın sərhəd bölgələrinin iqtisadi inkişafında əsaslı rola sahib ola bilər.

Beş ayda ölkə ərazisində dəmiryolu vasitəsi ilə 17 milyon ton yük daşınıb.

Bildirək ki, hazırda İranda dəmiryol xətlərinin uzunluğu 14 984 kilometrdir. İranın dəmiryol xətlərində 978 lokomotiv, 29 305 yük vaqonu və 2 153 sərnişin vaqonundan istifadə olunur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər