“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxirə salınırdı”.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu açıqlayıb.
O deyib ki, əməliyyatın keçirilməsi üçün ilk tarix aprel ayının sonu olaraq müəyyən olunmuşdu.
İsrail hökumətinin rəhbəri eyni zamanda, İrandakı “Fordo” nüvə obyektinin sonrakı taleyi barədə heç nə deməyib.