6 C
Baku
Wednesday, March 4, 2026

İrana qarşı əməliyyatda 50 mindən çox ABŞ hərbçisi iştirak edir

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bildirib ki, İrana qarşı əməliyyatda 50 mindən çox amerikalı hərbçi iştirak edir. Əməliyyata həmçinin 200 qırıcı təyyarə, iki aviadaşıyıcı və bombardmançılar cəlb olunub.

Cənab Kuper “X” sosial şəbəkəsində dəqiqləşdirib ki, ABŞ İrana qarşı zərbələri gecə-gündüz endirir. Onun sözlərinə görə, fevralın 28-dən etibarən ABŞ Silahlı Qüvvələri 2 mindən çox hədəfə zərbə endirib.

CENTCOM rəhbərinin sözlərinə görə, buna cavab olaraq İran 500-dən çox ballistik raket və 2 min pilotsuz uçuş aparatı buraxıb.

Son xəbərlər
Digər xəbərlər