10 C
Baku
Wednesday, December 11, 2024

İrana qarşı sanksiyalardan yayınan ölkələrin sayı artır

Cənubi Koreya İrana qarşı sanksiyalardan yayınmaq barədə ABŞ-la razılaşmaq ərəfəsindədir.

Banker.az bildirir ki, bu barədə “Bloomberg”ə Koreya hökumətindəki mənbə məlumat verib.

Məlumata görə, İran neftini idxal edən ölkələrin az qala hamısı güzəşt əldə etmək üçün ABŞ-la danışıqlar aparır. Bu ölkələrlə saziş şərtlərinin dəyişməsi ehtimalı qalır. Məsələn, Hindistandakı mənbələrə görə, bu ölkə də İran neftinin idxalını davam etmək üçün ABŞ-la xüsusi sazişin şərtlərini razılaşdırıb. Belə ki, İran neftinin haqqı sanksiya müddətində toxunulmaz qalacaq xüsusi ekskrou hesaba köçürüləcək.

Xatırladaq ki, ABŞ noyabrın 4-də İranın yanacaq-energetika kompleksinə və İran Mərkəzi Bankının əməliyyatlarına sanksiya tətbiq etməyi planlaşdırır. Daha əvvəl Ağ Ev bütün ölkələrdən İran neftinin idxalından əl çəkməyi tələb edirdi.

Mənbə: Report

Son xəbərlər
Digər xəbərlər