18 C
Baku
Saturday, November 2, 2024

İrana sərmayə qoyan azərbaycanlı iş adamlarını sanksiyalar narahat etməlidirmi?

“Bizim məşğul olduğumuz sahənin məhsullarının İranın özündə də, elə qonşu ölkələrdə də kifayət qədər alıcısı var, güman etmirəm ki, biz bununla bağlı problem yaşayaq”, İranda tikinti materialları istehsalı sahəsinə sərmayə yatırmış Nazim Bəydəmirli deyir.

O, BBC News Azərbaycancaya müsahibəsində ABŞ-ın İrana qarşı bazar ertəsindən qüvvəyə minən sanksiyalarının İrana sərmayə qoyan azərbaycanlı iş adamlarına ola biləcək təsirlərindən danışır.

Nazim bəy, ABŞ-ın sanksiyaları böyük bir sahəni – neftin ixracı, bank sektoru, gəmiçilik sahələrini hədəfləyir. Bu zaman ölkəyə valyuta gəlişi azalacaq və özünü daha aydın göstərəcək. Sizin biznesinizə necə, təhlükə varmı?

– Bizim məşğul olduğumuz sahənin məhsullarının İranın özündə də, elə qonşu ölkələrdə də kifayət qədər alıcısı var, güman etmirəm ki, biz bununla bağlı problem yaşayaq.

Lakin həmişə xaricdə yaşayan azərbaycanlılar arasında təbliğat aparıram ki, əslində Azərbaycan daha stabildir. Qanunvericilik baxımından, valyutanın kursu baxımından stabillik olduğunu deyirəm ki, işlərinizin bir hissəsini Azərbaycana köçürün, Bakıda və digər bölgələrdə müəssisələr təsis edin, yeni iş yerləri açın, həm vergi ödənişi Azərbaycana olsun, həm də valyuta ilə problem olmasın.

Nazim Bəydəmirli, iş adamı, İranda biznes, tikinti sektoru, sərmayə qoyuluşu
Nazim Bəydəmirli deyir ki, sanksiyalarların onun İrandakı sərmayəsinə təsiri yoxdur.

Mənim məşğul olduğum sahə il bağlı Azərbaycanda monopoliya var deyə, mən başqa ölkələrlə işləyirəm.

Yəni, sanksiyalara baxmayaraq, Azərbaycana məhsul ixrac edə bilərdiniz, lakin əsas problem sanksiyada yox, monopoliyadadır, bunumu demək istəyirsiniz?

– Bəli, sanksiyalarların İrandakı sərmayəmizə təsiri yoxdur. Əslində, indi valyuta ucuzlaşdığına görə, İran mallarının Azərbaycana gəlişi daha da ucuz ola bilərdi. Bu da ümumilikdə Azərbaycan iqtisadiyyatına sərf edərdi. Yəni indi məqamdır ki, həm ərzaq bazarında, həm tkinti materialları sahəsində və digər İran iqtisadiyyatının məşğul olduğu sahələrdə istehsal olunan məhsulların Azərbaycana idxalına şərait yaradılsın.

Ancaq təəssüflə qeyd etmək istəyirəm ki, gömrük-keçid məntəqələrində kiçik ailə ehtiyaclarını qarşılamaq üçün İrana keçib öz istehlakı üçün məhsul alanlara belə məhdudiyyət təbiq olunur. Bu hal iki ölkə arasıdakı iqtisadi əlaqələrin genişlənməsinə maneə yaradır. Ancaq yaxşı hallar da var, məsələn, Azərbaycanın İran Astarasına qədər dəmir yolunu maliyyələşdirilməsi və Şimal-Cənub Layihəsində iştirak etməsi müsbət addımdır. Bu ölkələr arasında ticarət dövriyyəsinin artmasına və nəqliyyat xərclərinin ucuzlaşmasına gətirib çıxaracaq. Bu da biznes baxımından müsbət amildir.

– İndi İranda valyuta ilə bağlı problemləriniz yaranırmı?

– ABŞ İranla bağlı “altılıq” ölkələrindən çıxdığını elan etdikdən sonra, İran valyutası ucuzlaşmağa başlayıb. İran valyutasının ucuzlaşmasına görə ölkənin bank sektorunda da müəyyən problemlər yaşanıb. Xaricdən məhsul idxal edən şirkətlər və fiziki şəxslər valyutanı özəl banklardan bir kursla, mərkəzi bankdan isə bazar kursundan daha aşağı qiymətə alır, çünki mərkəzi bank eksportla məşğul olanlara valyutanın qorunmasıyla bağlı qanuna əsasən, valyutadəyişmədə fərqli kurs təqdim edir. Eyni zamanda İranda ixracla məşğul olanlar problemlə üzləşir. Valyutanın gətirilməsiylə bağlı hökumət onları bazar kursundan aşağı satışa məcbur edir, buna görə də, həm idxal, həm də ixracla məşğul olanlar üçün problemlər yaranır. Bu vəziyyətdən çıxış yolu kimi İran hökuməti Azərbaycan, Türkiyə və digər ticari tərəfdaşları ilə qarşılıqlı milli valyutalara keçidi stimullaşdırmaq istəyir. Ancaq düşünürəm ki, bunun böyük effekti olmayacaq. Əgər tezliklə vahid valyuta kursu müəyyənləşdirilməsə, bu bizim də, digərlərinin də vəziyyətinə mənfi təsir edəcək. Lakin bizim işimiz daxili bazarda satışdır və İrandan ixrac məsələsidir.

Son xəbərlər
Digər xəbərlər