21 C
Baku
Wednesday, May 1, 2024

İrana uçuşların ləğv olunması xəbəri ilə bağlı AZAL-dan açıqlama

Sosial şəbəkələrdə Azərbaycandan İrana uçuşların ləğv olunması ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, bu istiqamətdə bütün təyyarə reysləri ötən gündən bəri ləğv olunub.

Məsələ ilə bağlı AZAL-ın Mətbuat xidmətindən reyslərin ləğv olunmadığı bildirilib: “İrana uçuşlar adi qaydada həyata keçirilir”.

Qeyd edək ki, hazırda Azərbaycandan İrana AZAL və “Buta Airways” ilə onlayn bilet almaq mümkün deyil. Saytda açılan pəncərədə bu istiqamətdə biletlərin olmadığı bildirilir.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər