5 C
Baku
Tuesday, December 23, 2025

İranda ərzaq məhsulları bahalaşdı

İranda bəzi ərzaq məhsulları bahalaşıb.

Banker.az bildirir ki, Trend bu barədə İranın Mərkəzi Bankının statistikasına istinadən məlumat verir.

Belə ki, oktyabrın 12-dən 6 ərzaq məhsulu bahalaşıb.

Süd məhsullarından kərə yağını çıxmaq şərti ilə digərlərində 1,4-1,5% qiymət artımı olub.

Toyuq yumurtası da 0,8% bahalaşıb. Yerli düyünün qiyməti 1,3-3,1% bahalaşıb. Dənli məhsullarda mərci və digər məhsulların qiyməti 0,1-2,3% artıb.

Qoyun ətinin qiyməti 1,6%, mal ətinin qiyməti 0,7% və toyuq ətinin qiyməti 1,5% azalıb.

Qənd 0,3%, şəkər 0,4%, bitki yağı 3% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər