18 C
Baku
Friday, October 3, 2025

İranda 5,3 maqnitudalı zəlzələ baş verib

İranın mərkəzi hissəsində, İsfahan əyalətinin Zavare şəhəri yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. SNN agentliyinin məlumatına görə, yeraltı təkan 10 km dərinlikdə baş verib.

Tehran sakinləri, həmçinin yaxınlıqdakı Qum şəhərində yaşayanlar yeraltı təkanları hiss ediblər. Zərərçəkənlərin və dağıntıların olub-olmaması hələ məlum deyil.

Avropa-Aralıq dənizi seysmoloji mərkəzi həmin regionda 5,1 maqnitudalı başqa bir zəlzələ də qeydə alıb. Onun episentri İsfahan şəhərindən təxminən 183 km şimal-şərqdə yerləşib.

Son xəbərlər
Digər xəbərlər