5 C
Baku
Thursday, February 29, 2024

İranda çörək bahalaşıb

İranın Tehran əyalətində 300 çörək bişirən müəssisəsində “Səngək” adlı çörəyin qiyməti 2 min tüməndən 3 minə qalxıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

İranın iqtisadiyyat naziri Ehsan Xandozi bildirib ki, ölkə üzrə çörəyin vahid qiyməti yoxdur: “Onun qiymətini regionlar bazara uyğun müəyyənləşdirir”.

Nazirin sözlərinə görə, çörəyin bahalaşması əyalətlərdəki qurumların tələbi və Daxili İşlər Nazirliyinin razılığı ilə mümkündür: “Hökumət çörəyin qiymətlərinə nəzarət üçün mütləq xüsusi tədbirlər görəcək”.

Parlamentin deputatı Salman İshaqi İranın 15-dən çox əyalətində çörəyin qiymətinin 40 faizdən çox qalxdığını bildirib. Çörəkbişirənlər isə istehsal etdikləri məhsullarının maya dəyərinin artmasını əsas gətirərək çörəyin qiymətinin sabitləşməsindən şikayətlənir, belə qiymət siyasəti ilə fəaliyyətlərini davam etdirməyi mümkünsüz hesab ediblər.

Qeyd edək ki, bir ay əvvəl İran əyalətlərinin yarısında çörəyin qiyməti qalxıb.

Son xəbərlər
Digər xəbərlər