İran mərkəzli iOS tətbiqlərin App Store-dan çıxarılmağa başlanması developerləri olduqca təcübləndirdi. Bəs, İran mərkəzli tətbiqlər App Store-dan hansı səbəbə görə çıxarılır?
İrandan paylaşım edən TechRasa adlı bir internet saytının iddialarına görə, İranmərkəzli tətbiqlərin böyük bir hissəsi ötən həftə App Store-dan hər hansı bir səbəb bildirilmədən çıxarılıb.
İran-ın ən böyük e-ticarət platformalarından Digikala-nın da aralarında olduğu çox sayıda İran mərkəzli tətbiqlərin App Store-dan bir anda yox olması, istifadəçilər tərəfində şüphələri daha da artırdı.
Apple, tətbiqlərin mağazadan hansı səbəbdən çıxarılması haqqında bir açıqlama vermədi. Ancaq, TechRasa-ya görə bu hadisənin əsasında beynəlxalq ticarət qanunları yer alır.
Səbəb olaraq qanunlar göstərilir
Ötən ilin sentyabr ayında App Store-u İranlı tətbiq developerləri üçün istifadəyə verən Apple, hər ötən gün ixtisarlara davam edərək developerləri, tətbiqlərini digər ölkələrə qeyd etmə zəruriliyindən xilas etdi. Ancaq, Apple-ın bir anda App Store-dan tətbiqlərin çıxarılmasına başlaması və son günlərdə App Store-a tətbiq yükləmək istəyən İranlı developerlərin müraciətlərini qəbul etməməsi, qarışıqlığa səbəb oldu.
Bu hadisəni əldə olan dəqiq məlumatlarla dəyərləndirsək, İran ilə App Store arasında baş verən bu problemin qaynağında daha əvvəl bildirdiyimiz kimi ticarət qanunları yer alır.
Əlavə olaraq, App Store-a tətbiq yükləməyə çalışan developerler bu mesaj ilə qarşılaşdıqları bildirilir.
`Təəssüf ki İran bölgəsində əlaqə qura biləcəyiniz bir App Store yoxdur. İran mərkəzli şirkətlər və təşkilatlara aid tətbiqlər, İran-a istiqamətli sanksiyalara zidd olduqları üçün App Store-da yer almır. Beynəlxalq ticarət qanunlarının düzəldilməsinin ardından müraciətinizi yenidən etməyinizi təklif edirik.`