8 C
Baku
Friday, December 13, 2024

İranda hicabla bağlı qaydalar yüngülləşdirildi

İran hakimiyyəti hicaba tələbləri yüngülləşdirib.

Polis artıq yaşı 18-dən aşağı olan hicabsız vətəndaşları saxlamayacaq.

“Bundan başqa, onlar polisə aparılmayacaqlar”, – deyə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf məsələyə münasibət bildirib.

Qeyd edək ki, bundan əvvəl İran hüquq-mühafizə qüvvələri komandanlığının rəsmi nümayəndəsi, general Səid Montazer əl-Mehdi qadınların hicablı olmasını təmin edəcək piyada və avtomobil patrullarının tətbiq olunacağını demişdi.

Son xəbərlər
Digər xəbərlər