İsrail İranın iki bankının informasiya sistemlərinə qarşı kiberhücumlar təşkil edib.
Bu barədə İran kiberkomandanlığı məlumat yayıb.
Bildirilir ki, mütəxəssislər banklardan birinin sistemində yaranan nasazlığı sürətlə aradan qaldırmağa müvəffəq olublar və hazırda ikinci bankın sisteminin bərpası üzərində işlər davam etdirilir.
Kiberhücumlara məruz qalan bankların “Bank Sepah” və “Bank Pasargad” olduğu bildirilir.