9 C
Baku
Friday, December 27, 2024

İranda ilk dəfə ekipajı yalnız qadınlardan ibarət təyyarə uçuş həyata keçirib

İranda ilk dəfə ekipajı yalnız qadınlardan ibarət təyyarə uçuş həyata keçirib. Ölkənin ilk qadın pilotu Şəhrzad Şəmsin idarə etdiyi təyyarə dekabrın 22-də Məşhədin Şəhid Haşeminejad Beynəlxalq Hava Limanına enib. Təyyarədə tamamilə qadınlardan ibarət ekipajdan başqa 110 qadın sərnişin də olub.

“Women Peace and Security Index”in məlumatına görə, İran qadınların statusu və təhlükəsizliyinə görə 177 ölkə arasında 140-cı yerdədir, 2007-ci ildən bəri İranda qadınlar hicab taxmadıqlarına və ya səhv geyinmələrinə görə təqiblərə məruz qalırlar.

2022-ci ilin sentyabrında İranda tələbə Məhsa Əminin ölümü ilə bağlı etiraz dalğası baş verib. Polis onu Tehranda “düzgün hicab geyinmədiyi” üçün saxlayıb. Bir neçə gün sonra komada olan qız xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

İndi “hicab və iffət qanunu”na əsasən, iranlı qızlar hicab taxmadıqlarına görə 8 milyon rial dəyərində cərimələnə bilərlər. Mediada və ya sosial şəbəkələrdə hicabı “təhqir edən” və ya “lağa qoyan”ları 360 milyon riala qədər cərimə və iki il müddətinə ölkədən çıxış qadağası gözləyir.

Son xəbərlər
Digər xəbərlər