Cari ilin iyul ayında İranda istehlak qiymətləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 54% artıb. Bir əvvəlki ayda illik artım nisbəti 52.5% idi. Beləliklə, inflyasiya 1995-ci ilin iyunundan bəri ən yüksək həddə çatıb.
Banker.az xəbər verir ki, bu barədə İran Statistika Mərkəzindən verilən açıqlamada deyilir.
Bildirilir ki, inflyasiyanın yüksəlməsinə əsas təsir qida və spirtsiz içkilər sektorundakı 87%-lik artımı olub.
İstehlak qiymətlərində aylıq artım 4.6% olub. Əvvəlki aydakı artım, bu günə qədər görülən ən yüksək aylıq artım kimi qeydə alınıb – 12.2%.