Bu gündən İranda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammiti başlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bildirilib ki, İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası Məşhəd şəhərində keçirilir.
Məlumata görə, bu gün İƏT-ə üzv ölkələrin xarici işlər nazirliklərinin ekspertləri çıxış edəcəklər, nazirlərin iclası isə sabah olacaq.
Qeyd edək ki, tədbir İran XİN-in rəhbəri Abbas Əraqçının sədrliyi ilə üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Sammitdə üzv ölkələrin və beynəlxalq təşkilatların nazirləri, həmçinin yüksəkvəzifəli şəxsləri çıxış edəcəklər.