22 C
Baku
Tuesday, October 28, 2025

İranda iri qaz ehtiyatları aşkar edilib

İranın cənubundakı Fars əyalətində yerləşən Pazen yatağında iri təbii qaz ehtiyatları aşkar edilib. İlkin məlumatlara əsasən, ehtiyatların 280 milyard kubmetrdən çox olduğu ehtimal edilir.

Bu barədə İranın neft naziri Möhsün Paknejad məlumat verib.

O bildirib ki, yeni aşkar olunan yataq ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya bilər və yaxın illərdə daxili qaz çatışmazlığını qismən ödəyə bilər.

Nazir, həmçinin qeyd edib ki, yatağın işlənməsi üzrə müqavilə artıq imzalanıb, yaxın vaxtlarda hazırlıq və tikinti işlərinə başlanması nəzərdə tutulur. Yataqdan hasilatın təxminən 3 ildən sonra başlanması gözlənilir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər