13 C
Baku
Tuesday, October 22, 2024

İranda koronavirusdan daha 85 nəfər öldü

İranda yeni növ koronavirusdan ölənlərin sayı 514 nəfərə çatıb.

Bu barәdә İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik rəsmisi Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 85 nəfər dünyasını dəyişib. Eyni zamanda, gün ərzində 1289 nәfәrin bu virusa yoluxması tәsdiqini tapıb.

Ümumilikdə, virusa yoluxanların sayı 11 364, sağalanlar isə 3 529 nәfәrdir.

©Virtualaz.org

Son xəbərlər
Digər xəbərlər