23 C
Baku
Sunday, July 3, 2022

İranda koronavirusun beşinci dalğasına görə lokdaun elan edilib

İran hökuməti koronavirusla əlaqədar vəziyyətin ağırlaşması səbəbindən beşgünlük lokdaun elan edib və əyalətlər arasında hərəkətə qadağa qoyub.

Bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə milli qərargahın rəsmi nümayəndəsi Əlireza Rəisi bildirib.

“Hərəkət məhdudiyyəti sabahdan tətbiq olunacaq və gələn həftənin şənbə gününə qədər davam edəcək. Bütün qurumlar, ofislər və banklar işlərini dayandıracaq”, – Ə. Rəisi bildirib.

Xatırladaq ki, 14 avqust tarixinə olan məlumata görə, İranda 4 389 085 nəfər koronavirusa yoluxub, 97 208 nəfər dünyasını dəyişib. Ümumilikdə, İranda 18 581 226 nəfər peyvən olunub ki, onlardan 14 767 598-nə birinci doza, 3 813 628-nə isə ikinci doza vurulub.

İyunun əvvəlindən bəri İranda yeni yoluxma hallarının artımı müşahidə olunur. İranın səhiyyə naziri Səid Namaki iyulun 27-də bildirib ki, ölkə koronavirusun yayılmasının beşinci dalğasının zirvəsindədir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər