İranda İlon Maskın sahib olduğu “SpaceX” şirkətinə məxsus “Starlink” peyk interneti xidmətlərindən istifadə edən vətəndaşlar qamçılanacaq.
Bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, İran parlamenti “sistemə qarşı çıxmaq niyyəti ilə” həyata keçirildiyi təqdirdə daxili sertifikasiyadan keçməmiş bütün internet vasitələrinin və rabitə cihazlarının, o cümlədən Starlink avadanlıqlarının istifadə olunması, alınması, satılması, idxalı, istehsalı və yayılmasını rəsmi şəkildə qadağan edən qanun layihəsini qəbul edib.
KİV-lər qeyd edir ki, qanun pozuntusuna görə yeni qanunda cərimələr, qamçılanma cəzası və ya 2 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.