19.2 C
Baku
Sunday, September 25, 2022

İranda meymunçiçəyinə ilk yoluxma qeydə alındı

İranın cənub-qərbində yerləşən Əhvaz vilayətində meymun çiçəyinə yoluxma faktı qeydə alınıb.

Bu haqda İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, virusun aşkarlandığı 34 yaşlı qadının dərisi üzərində zədələr müşahidə olunub. Qadın dərhal karantinə alınıb və son analizlər təsdiqləndikdən sonra hazırda ev şəraitində müalicə olunur.

İranın Səhiyyə Nazirliyi meymun çiçəyinin çox ölümcül olmadığını bildirib.

MənbəTrend
Son xəbərlər
Oxşar xəbərlər