İranda müdafiə təyinatlı məhsulların istehsal və ixracı artıb

İranda müdafiə təyinatlı məhsulların istehsalı və ixracı ötən illə müqayisədə bir neçə dəfə artıb.

Bunu İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri briqada generalı Məhəmməd Rza Aştiani bildirib.

Onun sözlərinə görə, ötən illə müqayisədə müdafiə təyinatlı məhsulların istehsalı 3 dəfə, ixrac isə 5 dəfə artıb.

Aştiani deyib ki, İran Silahlı Qüvvələri bütün sahələrdə, xüsusilə pilotsuz təyyarələrin istifadəsi və istehsalı sahəsində yaxşı vəziyyətdədir.

“Düşmənlər də İranın pilotsuz təyyarə sənayesinin əla vəziyyətdə olduğunu etiraf edirlər”, – o qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər