12 C
Baku
Tuesday, May 7, 2024

İranda neft-qaz sənayesi işçiləri ümummilli tətil elan ediblər

İranın müxtəlif bölgələrində neft-qaz, neft-kimya, polad, elektrik təsərrüfatı və metallurgiya sənayesi işçiləri əməkhaqlarının artırılmamasına etiraz olaraq tətil aksiyası keçirirlər.

Ölkənin Şiraz, Əsəlyu, Qeçsaran, Dehloran, Lordeqan, Kirman, Bəndər Cəsk, İze, Yəzd, Həftşəcan, Mahşəhr, Əhvaz, Buşehr, İsfahan, Lavan, Sircan və Abadan şəhərlərində bir neçə gündür ki tətillər davam edir.

Neft-qaz və neft-kimya sənayesində işləyən fəhlələr əmək haqlarının 79% artırılmasını tələb edirlər.

Bu gün Kirmandakı “Dralo” mis mədəni layihəsinin işçiləri də tətilə qoşulublar.

İran Azad İşçilər Birliyi yaydığı bəyanatda tətil aksiyalarının başqa sahələrə də yayılacağını bildirib.

Qeyd olunub ki, işçilərin tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər