12 C
Baku
Saturday, November 23, 2024

İranda prezident seçkilərinin ikinci turu keçirilir

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

Seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.

“Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkiləri elan olunub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər