22 C
Baku
Thursday, October 3, 2024

İranda xarici səfərlərə gedənlərin sayı kəskin azalıb

İranda Novruz bayramından əvvəl xaricə getmək üçün turizm agentliklərinə müraciət edənlərin sayında ötən illərə nisbətdə kəskin azalma müşahidə olunur.

Banker.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Turizm agentliklərinin dediyinə görə, bu ölkədə iqtisadi durumun ağırlığı, inflyasiyanın çoxalması, İran pulunun dəyərdən düşməsi və vətəndaşların maddi vəziyyətinin pisləşməsi ilə bağlıdır.

Agentliklərdən verilən məlumatda bildirilib ki, yaz tətili üçün Türkiyənin Antalya şəhərinə 11 günlük səyahət paketinin qiyməti 50 milyon tüməndir və bu, hazırkı əməkhaqları ilə müqayisədə yüksək məbləğ sayılır.

Qeyd edək ki, bununla yanaşı İran daxilində səyahət saylarında da kəskin azalma baş verib. İranın “İqtisad News” qəzetinin yazdığına görə, öncəki illərlə müqayisədə İranda hotel və restoranların qiymətlərində 6 dəfə bahalaşma qeydə alındığı üçün vətəndaşlar tətil səyahətlərini ləğv etməyə məcbur olurlar.

Son xəbərlər
Digər xəbərlər