İranda yeni qaz yatağı kəşf olunub

İranda bir trilyon kubmetr təbii qaz tutumu olan yeni yataq kəşf edilib.

Bunu İran parlamentinin Enerji komissiyasının sözçüsü Malik Şəriəti Niaser deyib.

O bildirib ki, Cənub Pars qaz yatağının şimalında yeni yataq kəşf olunub.

İlkin hesablamalara görə, həmin yatağın təbii qaz ehtiyatı təxminən bir trilyon kubmetrdir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər