-1 C
Baku
Sunday, December 15, 2024

İranda yeni tədqiqat reaktorunun tikintisinə başlanılır

Yaxın həftələrdə İsfahanda tədqiqat reaktorunun tikintisi rəsmi olaraq başlayacaq.

Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

O bildirib ki, layihə tamamilə yerli mütəxəssislərin səyi ilə baş tutacaq: “Layihə nüvə enerjisi istehsalımızın tədqiqat, qiymətləndirmə, sınaq və təminat zəncirini tamamlayacaq.”

10 000 meqavat nüvə enerjisinin istehsal edilməsinin planlaşdırıldığını deyən M.İslami qeyd edib ki, İran İslam Respublikasının nüvə proqramlarının irəliləyişi ilə bağlı əsas məsələ yerli elektrik stansiyalarının gücünü artırmaqdır: “Davamlı nüvə enerjisi istehsalı 1000 meqavata bərabərdir və biz 2000 meqavat nüvə enerjisi istehsal edirik və 10 000 meqavat yeni nüvə enerjisi istehsal etməyi planlaşdırırıq.”

Nüvə enerjisi proqramında beynəlxalq və yerli tərəfdaşlığı alqışladıqlarını deyən M.İslami bildirib ki, bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlardan istifadə edəcəklər, lakin heç kimdən asılı olmayacaqlar:”Çünki İran kifayət qədər elmi, sənaye və texnoloji imkanlara malikdir. Xoşbəxtlikdən ölkədə 10 000 meqavatlıq nüvə enerjisi istehsalı proqramına dəstək verə biləcək böyük şirkətlər var və biz də İranın Atom Enerjisi Təşkilatının proqramında iştirak edən istənilən şirkət və qurumu dəstəkləyirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər