İran prezidenti Məsud Pezeşkian Şina Ənsarini vitse-prezident təyin edib.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Məlumata görə, İran prezidenti Məsud Pezeşkian Şina Ənsarini vitse-prezident və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri vəzifəsinə təyin edib.
Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.