6 C
Baku
Monday, December 16, 2024

İrandakı fəlakət “Boeing” şirkətinin səhmlərinin düşməsinə səbəb olub

Xatırladaq ki, yanvarın 8-i Tehran üzərində Ukraynanın Boeing 737 təyyarəsinin qəzaya uğraması nəticəsində 177 nəfər həlak olub.

Banker.az xəbər verir ki, bu, Ukraynanın aviasiyası tarixində ən böyük fəlakətdir.

Hadisədən sonra “Boeing” şirkətinin səhmləri 1,8% düşüb. Qeyd etmək lazımdır ki, 737 təyyarə modeli məşhur 737 MAX modelinin önçüsüdür.

Amerika, Avropa və Kanadanın təhlükəsizlik orqanlarına istinadən bildirilir ki, təyyarənin qəzaya uğramasının əsas səbəbi texniki nasazlıqlar olmuşdur. Tehran da məsələ ilə bağlı eyni mövqedən çıxış edib.

Ukraynada “Boeing” təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb (təhlükəsizlik qaydalarının pozulması və ya hava nəqliyyatının düzgün istismar edilməməsi nəticəsində insanların ölümü).

Son xəbərlər
Digər xəbərlər