İran ABŞ-yə xəbərdarlıq edib.
Bu barədə İran Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ABŞ İrana və onunla əlaqəli infrastruktura zərbə endirsə, cavab təsəvvüredilməz olacaq: “Bu halda ABŞ-yə ağlagəlməz cavab veriləcək”.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden İrana hədə-qorxu gəlmişdi. ABŞ lideri bildirmişdi ki, İran və ya onun müttəfiqləri Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə hücum edərsə, ABŞ sərt cavab verəcək.