Ötən ay ölkəyə 136 505 nəfər gəlib.
Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz çox olub. Belə ki, ötən ilin martında ölkəyə 95 844 nəfər səfər edib.
Bu ilin 3 ayı ərzində isə ölkəyə gələnlərin sayı 369 072 nəfər təşkil edib. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə (246 277 nəfər) 50 faiz çox olub.
Ötən ay gəlmə sayına görə, Rusiya (43 966), Türkiyə (30 396), İran (12 123), Gürcüstan (7476) və Hindistan (6766) ilk beşlikdə yer alıb.
Keçən ilin ilk 3 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə İrandan gələnlərin sayında 6 faiz azalma qeydə alınıb.
Gəlmə sayına görə, 2022-ci illə müqayisədə ən çox artım Şimal Şərqi Asiya (233 %), Cənubi Asiya (228 %), Mərkəzi Asiya (212 %) və Cənub Şərqi Asiya (183 %) regionunun payına düşüb.