Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektləri − “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və “Seyed Reza Farahmandnia” MMC tərəfindən ölkəmizə ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.