Bu ilin ilk 6 ayında İranın Azərbaycana ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.
Bu barədə İranın Gömrük İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, 1401-ci ilin (İranda il martın 21-də dəyişir) ilk 6 ayında İranın Azərbaycana ixracı təqribən 363.2 mln. dollara çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 72 faiz artıb.
Eyni dövrdə İranın Azərbaycandan idxalı əvvəlki ilə nisbətən 29% azalaraq, 19.4 mln. dollar təşkil edib.
İranın regionda növbəti ixrac istiqamətləri Rusiya, Türkmənistan və Qazaxıstan olub.