10 C
Baku
Saturday, November 23, 2024

İrandan Azərbaycana kartof idxalı 2.4 dəfə artıb

Azərbaycan İrandan kartof idxalını kəskin artırıb, amma öncəki ildən ucuz başa gəlir.

Banker.az bu barədə əldə etdiyi rəsmi məlumatda deyilir.

2021-ci ilin ilk 8 ayında İran İslam Respublikasında (İİR) ölkəyə gətirilən kartofun həcmi 93.9 min ton təşkil edib. Bu da 2020-ci ilin yanvar-avqust aylarına nisbətdə 2.4 dəfə artım deməkdir.

Bu idxalın müqabilində Azərbaycandan İrana 22.55 milyon ABŞ dolları həcmində valyuta axıb.

2019-cu ilin ilk 9 ayında İrandan Azərbaycana 38.21 min ton (9.28 mln dollar) və 2020-ci ilin ilk 8 ayında isə 38.41 min ton (9.32 mln. dollar) həcmində kartof idxal edilmişdi.

İRAN KARTOFU UCUZLAŞIB

Azərbaycan İİR-dən idxal etdiyi kartofun tonu 240.1 ABŞ dollarına başa gəlib. Bu məsələn 2020-ci ildə ortalama 242.6 dollar idi və bu da 2.6 dollar, yaxud 1.1% daha ucuz alması deməkdir.

Dövlət Statistika Komitəsinin 2021-ci ilin yanvar-avqust ayları üçün göstəricilərdə kartof məhsulunun 56.1 min hektar sahədən  yığımının 828.1 min ton təşkil etdiyi görünür. Öncəki ilin analoji dövründə 757.57 min ton həcmində olduğunu nəzərə alsaq, illik müqayisədə məhsul yığımının 9%-dən çox artdığını görürük.

Qeyd edək ki, Azərbaycan xaricdən cari ilin yanvar-avqust ayı ərzində 100.74 min ton həcmində kartof idxal edib ki, bunun da 24.28 milyon dollar olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər