16 C
Baku
Friday, October 18, 2024

İrandan Azərbaycana neft-kimya məhsullarının ixracı artacaq

İran Azərbaycana neft-kimya məhsullarının ixracını artırmaq niyyətindədir.

Bunu İran milli neft-kimya şirkətinin baş direktoru Murtəza Şahmirzaeyi APA-nın Tehran müxbirinə eksklüziv açıqlamasında deyib.

“Bizim dost və qonşu Azərbaycan ölkəsi ilə çox yaxşı münasibətimiz və bir çox tarixi, ictimai və mədəni ortaqlıqlarımız var. Bu mədəni ortaqlıqlara görə İranda istehsal olunan bir çox neft-kimya sənaye məhsulları Azərbaycanda da istifadə üçün yararlı və faydalıdır”, – Murtəza Şahmirzaeyi deyib.

O, qeyd edib ki, İran hazırda qonşu ölkələrə, o cümlədən Azərbaycana müxtəlif növ neft-kimya məhsulları ixrac etməyi planlaşdırır: “İran istehsal etdiyi neft-kimya məhsullarının əksəriyyəti ixracat məqsədilə istehsal olunur. Ötən il 14.5 milyard dolar dəyərində müxtəlif növ məhsullarımız İrandan ixrac olunub. Bu İran iqtisadiyyatının sabitləşməsində önəmli rol oynayıb.”

MənbəApa
Son xəbərlər
Digər xəbərlər